Bakı. Trend:
"Cənub Qaz Dəhlizi" layihəsi yalnız Azərbaycan üçün deyil, eləcə də bir çox ölkələr, o cümlədən Avropa üçün strateji əhəmiyyətə malikdir.
Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının yekunları üzrə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bugünkü tədbirin gündəliyi çox geniş olub: "Ətraflı məlumat dinlənilib. Hər bir ölkə öz rəyini bildirib və layihədəki rolunu müzakirə edib. Biz qarşımızda dayanan məsələləri və 2016-cı ildə görəcəymiz işi müzakirə etdik".