...

SOCAR: "Cənub Qaz Dəhlizi"nə təqribən 7 milyard dollar sərmayə qoyulacaq

Energetika Materials 11 May 2016 14:47 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" QSC 7 milyard dollar həcmində sərmayə cəlb etmək niyyətindədir.
SOCAR: "Cənub Qaz Dəhlizi"nə təqribən 7 milyard dollar sərmayə qoyulacaq

Bakı. Maksim Tsurkov - Trend:

"Cənub Qaz Dəhlizi" QSC 7 milyard dollar həcmində sərmayə cəlb etmək niyyətindədir. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bu məqsədlə xeyli sayda bankla iş aparılır: "Cənub Qaz Dəhlizi" avrobondların yerləşdirilməsi hesabına artıq 1 milyard dollar cəlb edib. İlin sonunadək daha 1,5 milyard dolların cəlb olunması gözlənilir. Ümumiyyətlə, bu məsələ ilə bağlı biz Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edirik. Biz layihə üçün təxminən yeddi milyard dollar uzunmüddətli və ucuz kreditlər cəlb etmək niyyətindədik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti