...

Azərbaycan neftinin qiyməti: 5-9 sentyabr həftəsinin yekunları

Energetika Materials 10 Sentyabr 2016 12:18 (UTC +04:00)
Ötən həftə (5-9 sentyabr) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 48,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,96 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiyməti: 5-9 sentyabr həftəsinin yekunları

Bakı. Maksim Tsurkov – Trend:

Ötən həftə (5-9 sentyabr) ərzində Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 48,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,96 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 50,51, minimum isə 47,37 dollar/barel təşkil edib.

5-9 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 44,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,79 dollar/barel çoxdur.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 46,34, minimum isə 43,31 dollar/barel olub.

5-9 sentyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 47,48 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 1,31 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 49,32 dollar, minimum isə 46,21 dollar/barel olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti