Bakı, Maksim Tsurkov - Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı zəmanət məktubunun müddətini daha bir ay uzadıb.
Bu barədə Trend-ə "SOCAR Energy Greece" şirkətinin icraçı direktoru Anar Məmmədov məlumat verib.
Bir neçə ay bundan əvvəl SOCAR zəmanət məktubunun müddətini oktyabrın 31-dək uzatmışdı.
Qeyd edək ki, DESFA-nın səhmlərinin əldə olunmasında SOCAR-dan başqa, İtaliyanın SNAM şirkəti də maraqlıdır. Bununla belə, hər iki şirkət səhmlərin 66 faizi üçün müəyyən olunan 400 milyon avro qiymətini yüksək hesab edir.
Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.