...

Azərbaycanın iri neft-qaz yatağından hasilatın həcmi açıqlanıb

Energetika Materials 4 Yanvar 2018 11:47 (UTC +04:00)
Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatın başladığı 1997-ci il noyabr ayından 2017-ci ilin dekabrın 1-dək 445 milyon ton neft və 140 milyard kubmetr qaz hasil edilib.
Azərbaycanın iri neft-qaz yatağından hasilatın həcmi açıqlanıb

Bakı. Maksim Tsurkov - Trend:

Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatın başladığı 1997-ci il noyabr ayından 2017-ci ilin dekabrın 1-dək 445 milyon ton neft və 140 milyard kubmetr qaz hasil edilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, “Azər-Çıraq-Günəşli”dən əldə olunan hasilatın ümumi həcmindən 250 milyon ton (56 faiz) Azərbaycanın mənfəət neftinin payına düşür: “2017-ci il dekabrın 1-dək Azərbaycanın dünya bazarlarına ixrac etdiyi 460 milyon ton neftdən 350 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti