Bakı. Azad Həsənli - Trend:
Azərbaycan, İraq və Qazaxıstanın Qaz İxrac edən Ölkələr Forumuna (GECF) tamhüquqlu üzv olmaq üçün yaxşı şansları var.
Trend-in məlumatına görə, bunu "Nefteqazovaya vertikal" jurnalına müsahibəsində Forumun baş katibi Yuri Sentyurin deyib.
O qeyd edib ki, hazırda müşahidəçi statusuna malik ölkələrlə iş aparmaq planlaşdırılır: "Ümid edirəm ki, onları təşkilatdakı iştirak səviyyələrini yüksəltməyə razı salacağıq".
Qeyd edək ki, GECF-ə 12 qaz ixracatçısı ölkəsi daxildir: Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və Birləşmiş Ərəb Əmirlikləri. Azərbaycan (2015-ci ilin noyabrından), Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru isə Forumda müşahidəçi ölkələrdir.