...

SOCAR Almaniya şirkətinin Türkiyədəki aktivlərini satın almaq üçün danışıqları davam etdirir (ÖZƏL)

Energetika Materials 28 Noyabr 2018 16:22 (UTC +04:00)
SOCAR Almaniya şirkətinin Türkiyədəki aktivlərini satın almaq üçün danışıqları davam etdirir.
SOCAR Almaniya şirkətinin Türkiyədəki aktivlərini satın almaq üçün danışıqları davam etdirir (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Almaniyanın EWE energetika şirkəti ilə onun Türkiyədəki aktivlərinin alınması barədə danışıqlar aparır.

Bu barədə Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Türkiyə KİV-lərində tərəflərin alqı-satqı sazişi imzalaması barədə yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar davam etsə də, hələlik yekun saziş imzalanmayıb.

Qeyd edək ki, Türkiyə KİV-lərinin məlumatına əsasən, EWE-nin bu ölkədəki törəmə şirkəti “EWE Turkey Holding” dörd şirkətdə - “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji” və “Enervis” şirkətlərindəki payını SOCAR-a satıb. Sövdələşmənin dəyərinin 140 milyon dollar təşkil etdiyi deyilir.

Bundan əvvəl EWE şirkətindən Trend-ə bildirmişdilər ki, şirkətin Türkiyədəki aktivlərini satmaq barədə qərarı fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti