Bakı. Nərgiz İsmayılova - Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Equinor” birgə müəssisə yaradır.
Trend-in məlumatına görə, bunu “Karabakh Operating Company” şirkətinin baş direktoru Tahir Dadaşov Bakı Dərin Özüllər Zavodunda media-tur zamanı deyib.
O bildirib ki, yeni birgə müəssisə xaricdə qeydiyyata alınıb, filialı Azərbaycanda açılmalıdır:
“Proses yaxın günlərdə və ya həftələrdə başa çatacaq. Bundan sonra öhdəliklər birləşdiriləcək və birgə əməliyyat şirkətinin vahid komandası tərəfindən reallaşdırılacaq”.