...

Avropa komissarları "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edəcək

Energetika Materials 9 Fevral 2021 16:53 (UTC +04:00)
Avropa komissarları "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak edəcək

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Energetika məsələləri üzrə Avropa komissarı Kadri Simson və Qonşuluq və genişlənmə siyasəti məsələləri üzrə Avropa komissarı Oliver Varheyi "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 7-ci iclasında iştirak edəcək.

Bu barədə Trend-ə Avropa Komissiyasından bildiriblər.

Qeyd edək ki, komissarlar iclasa videoformatda qoşulacaqlar.

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 1-ci iclası 2015-ci il fevralın 12-də, 2-ci iclası 2016-cı il fevralın 29-da, 3-cü iclası 2017-ci il fevralın 23-də, 4-cü iclası 2018-ci il fevralın 15-də, 5-ci iclası 2019-cu il fevralın 20-də, 6-cı iclası 2020-ci il fevralın 28-də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti