...

Azərbaycan neftinin qiyməti 67 dolları ötüb

Energetika Materials 29 Aprel 2021 10:51 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 67 dolları ötüb

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 28-də 67,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti