Bakı. Ləman Zeynalova -Trend:
"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda 7,27 faiz paya malik Norveçin "Equinor" şirkəti 2021-ci ilin birinci rübündə 35,2 min barel neft ekvivalenti hasil edib.
Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.
Şirkət ötən ilin birinci rübündə 38,1 min barel neft ekvivalenti hasil etmişdi. 2020-ci ilin dördüncü rübündə isə neft hasilatı 33,5 min barel təşkil etmişdi.
Qeyd edək ki, BP-nin hesabatına əsasən, bugünədək "Azəri-Çıraq-Günəşli" blokunda neft hasilatının həcmi 3,8 milyard bareli ötüb. 2020-ci ildə yataqlar blokunda hasilatın həcmi gündə orta hesabla 477 000 barel təşkil edib.
(Tərcümə: Orxan Nəbiyev)