...

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Energetika Materials 3 Sentyabr 2021 10:46 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 2-də 73,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,64 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,65 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,69 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,97 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,61 dollar/barel azdır.

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti