...

Avropada qazın qiyməti min kubmetr üçün 800 dollardan aşağı düşüb

Energetika Materials 31 Dekabr 2021 21:48 (UTC +04:00)
Avropada qazın qiyməti min kubmetr üçün 800 dollardan aşağı düşüb

Bakı. Trend:

Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dollardan aşağı düşüb.

Trend xəbər verir ki, bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.

Məlumata əsasən, Niderlandın TTF habında fevral fyuçerslərinin qiyməti min kubmetr üçün 781 dollar təşkil edib.

Bildirilir ki, son 1 gündə qiymətdə qeydə alınan ümumi azalma təxminən 24 faiz təşkil edib.

Qeyd edilir ki, son dəfə qazın qiyməti noyabr ayında 800 dollardan aşağı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti