...

Bu il nə qədər kənd və yeni yaşayış massivi qazlaşdırılacaq? - AÇIQLAMA

Energetika Materials 10 Yanvar 2022 10:44 (UTC +04:00)
Bu il nə qədər kənd və yeni yaşayış massivi qazlaşdırılacaq? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Bu il 110-a yaxın kənd və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur.

Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyət əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.

Qeyd edək ki, ölkədə qazlaşma səviyyəsi, işğaldan azad olunan torpaqlar istisna olmaqla 96,2% təşkil edir. Son 10 ildə Respublikamızda 1554 kənd və qəsəbə qazlaşdırılaraq təbii qazla təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti