Bakı. Trend:
Norveçin "Equinor" şirkəti Rusiyanın neft və neft məhsulları ilə ticarəti dayandırdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.
"Equinor"un Rusiyadakı layihələrdən çıxışı prosesinə başlamasını elan etməsindən sonra şirkətin Rusiya nefti ilə ticarəti dayandırması barədə də qərar qəbul edilib. Bu, onu ifadə edir ki, "Equinor" Rusiyadan neft və neft məhsullarının ticarəti ilə bağlı yeni sövdələşmələr imzalamayacaq və ya bu məhsulların daşınması ilə məşğul olmayacaq", - bəyanatda bildirilir.
Qeyd edək ki, fevralın 28-də "Equinor" Rusiyadakı birgə müəssisələrdən çıxdığını və ölkəyə yeni investisiyaları dayandırdığını elan etmişdi.