...

Niderland alternativ enerjinin inkişafı sahəsində Azərbaycanla öz təcrübəsini bölüşə bilər - Səfir

Energetika Materials 3 İyun 2022 17:55 (UTC +04:00)
Niderland alternativ enerjinin inkişafı sahəsində Azərbaycanla öz təcrübəsini bölüşə bilər - Səfir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycan sektorunda alternativ enerji, o cümlədən külək enerjisi layihələrinin reallaşdırılması üçün böyük imkanlar var.

Trend-in məlumatına görə, bunu Niderlandın Azərbaycandakı səfiri Paulina Eyzema Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, Niderland bu istiqamətdə Azərbaycanla öz təcrübəsini bölüşə bilər.

"Qeyd edim ki, sentyabr ayında Amsterdamda alternativ enerji üzrə tədbir keçiriləcək, Azərbaycanın müvafiq strukturlarını bu tədbirə dəvət edirik", - səfir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti