Bakı. Trend:
Azərbaycan qazının nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) Bolqarıstan ərazisində istismarına icazə verilib.
Bu barədə Trend-ə ICGB AD layihə şirkətindən bildiriblər.
Qaz xəttinin oktyabrın 1-də yeni qaz ili və istilik mövsümünün ilk günündə istismara verilməsi planlaşdırılır.
"Bu, interkonnektorun Bolqarıstan ərazisində istifadəsi üçün tələb olunun sonuncu inzibati addım idi. Sənəd obyektin istismara verilməyə hazır olduğunu təsdiq edir. Analoji sənədin Yunanıstan tərəfindən də verilməsi gözlənilir", - şirkətdən bildiriblər.
(Tərcümə: Orxan Nəbiyev)