Bakı. Trend:
“Yeni Yaşma” Külək Elektrik Parkında (KEP) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, fəaliyyətə başladığı dövrdən 2022-ci il oktyabr ayınadək KEP-də 336,6 mln. kVt·st elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, 11 oktyabr 2018-ci ildə Xızı rayonunda 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub.