...

"Turkcell" "SOCAR Türkiye" üçün 5G şəbəkəsi yaradacaq

Energetika Materials 28 Dekabr 2022 11:09 (UTC +04:00)
"Turkcell" "SOCAR Türkiye" üçün 5G şəbəkəsi yaradacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Turkcell" "SOCAR Türkiye"nin rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə şirkət üçün 5G şəbəkəsi yaradacaq.

Bu barədə Trend "Business Wire"ə istinadən xəbər verir.

"SOCAR Türkiye" obyektlərinin yerləşdiyi Aliağa yarımadasında 5G dəstəyi ilə özəl simsiz şəbəkə qurulacaq.

""SOCAR Türkiye" Türkiyənin ən böyük sənaye holdinqi olaraq enerji sənayesində rəqəmsal transformasiya sahəsində lider şirkətdir. Biz "SOCAR Türkiye"ni və Aliağa yarımadasındakı obyektləri "Turkcell" texnologiyası ilə 5G üçün hazırlayırıq", - deyə "SOCAR Türkiye"nin Rəqəmsal Transformasiya və İnformasiya Texnologiyaları üzrə direktoru Hakan İrgit bildirib.

"Turkcell"in Korporativ Satış üzrə direktoru Ceyhun Özata bildirib ki, şirkət 5G-yə uyğun yeni nəsil şəbəkə ilə Aliağa yarımadasındakı obyektlərin rəqəmsallaşmasına töhfə verməkdən çox məmnundur.

"Bu layihə çərçivəsində yüksək səviyyədə səmərəlilik, çeviklik, keyfiyyət və məhsuldarlıq təmin edən ən qabaqcıl Sənaye 4.0 tətbiqlərindən istifadə ediləcək. Aydındır ki, əksər sektorlar, xüsusilə enerji sektoru bu təcrübəni izləyəcək", - deyə C.Özata əlavə edib.

Tvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti