...

"Kürsəngi" və "Qarabağlı" yataqlarında neft hasilatı azalıb

Energetika Materials 20 İyun 2023 13:18 (UTC +04:00)
"Kürsəngi" və "Qarabağlı" yataqlarında neft hasilatı azalıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Kürsəngi" və "Qarabağlı" yataqlarında 2022-ci ildə proqnozlaşdırılan 0,91 milyon barellə müqayisədə 0,86 milyon barel neft hasil olunub.

Trend bu barədə Azərbaycan Respublikası Hesablama Palatasına istinadən xəbər verir.

Palatanın qiymətləndirməsinə əsasən, yataqlar üzrə hasilat planı 94% yerinə yetirilib.

2021-ci ildə "Kürsəngi" və "Qarabağlı" yataqlarında istehsal 0,95 milyon barel olub. Beləliklə, illik hesablamada hasilatın həcmi təqribən 9,5 faiz azalıb.

"Kürsəngi" və "Qarabağlı" yataqları Azərbaycanın Salyan rayonunda yerləşir. Bir sıra mütəxəssislərin fikrincə, müqavilə sahəsində qalıq neft ehtiyatları 150 milyon tondan çoxdur.

"Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 15 dekabr 1998-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Frontera Resorces" və "Delta/Hess Ltd.” şirkətləri arasında imzalanıb və 22 aprel 1999-cu il tarixində qüvvəyə minib. 2022-ci ilin may ayında "Frontera Resorces" və "Delta/Hess Ltd.” in sazişdəki payları Çinin “CNPC" şirkəti tərəfindən satın alınıb. 2021-ci ilin sonunda isə “CNPC” şirkətinin payı Azərbaycanda yerləşən özəl hasilat şirkəti-startap olan “GL LTD” tərəfindən satın alınıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti