...

SOCAR-ın dövriyyə aktivləri azalıb

Energetika Materials 27 İyun 2024 17:40 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın dövriyyə aktivləri 2023-cü ildə 2022-ci illə müqayisədə 31,4 faiz azalaraq 22,933 milyard manat olub.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

31 dekabr 2022-ci ilə olan vəziyyətə əsasən, şirkətin toplam dövriyyə aktivləri 33,431 milyard manat olub.

Dövriyyədən kənar aktivlər ötən ilin analoji dövrü ilə müqayisədə 3,4 faiz artaraq 47,404 milyard manatdan 49,033 milyard manata çatıb.

Toplam aktivlər 2022-ci ildəki 80,835 milyard manatla müqayisədə 11 faiz azalaraq 71,966 milyard manata düşüb.

Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı, təbii qazın sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habelə Avropaya tədarükü ilə məşğul olur.

Şirkət Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya və Ukrayna kimi ölkələrdə müxtəlif fəaliyyət, o cümlədən əsasən İsveçrə, Sinqapur və Nigeriyada ticari fəaliyyət göstərir.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti