...

“Radiozavod” yarımstansiyası yenidən qurulur - 28,9 milyon manatlıq LAYİHƏ

Energetika Materials 13 Yanvar 2026 09:19 (UTC +04:00)
“Radiozavod” yarımstansiyası yenidən qurulur - 28,9 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mövcud 110/10/10 kV-luq "Radiozavod" yarımstansiyasının 110/35/10 kV-luq 2x40 MVA gücündə "GİS" tipli, tam qapalı yenidənqurulması işlərinə başlanılır.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla yanaşı, 110 kV-luq "Həzi Aslanov" -"Əhmədli" yarımstansiyaları arası kabel xəttinin yeni yarımstansiyaya giriş-çıxış edilməklə əlaqələndirilməsi işləri də görüləcək.

Belə ki, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə start verib.

ASC hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum görüləcək işlərin 28,9 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti