...

İtaliya Cənub Qaz Dəhlizinin mümkün genişləndirilməsini maraqla nəzərdən keçirir (ÖZƏL)

Energetika Materials 13 Yanvar 2026 11:06 (UTC +04:00)
İtaliya Cənub Qaz Dəhlizinin mümkün genişləndirilməsini maraqla nəzərdən keçirir (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya hökuməti Cənub Qaz Dəhlizinin mümkün genişləndirilməsini maraqla nəzərdən keçirir.

Bunu Trend-ə özəl müsahibəsində İtaliya- Azərbaycan Hökumətlərarası Komissiyasının Bakıdakı altıncı iclası münasibətilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Çirielli bildirib.

Çirielli həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli infrastrukturdur.

“Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Azərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyi və Rusiya qazından imtina prosesinin dəstəklənməsi baxımından kritik əhəmiyyət kəsb edib. 2020-ci ildə istismara verildiyi vaxtdan Transadriatik Qaz Kəməri (TAP) artıq İtaliyaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib ki, bu da Bakını ölkəmizin ikinci ən böyük qaz tədarükçüsünə çevirib”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, indiyədək əldə olunmuş müsbət nəticələri nəzərə alaraq, İtaliya hökuməti bazar qiymətləndirmələri əsasında və beynəlxalq maliyyə institutlarının fəal iştirakı ilə Cənub Qaz Dəhlizinin mümkün genişləndirilməsini maraqla nəzərdən keçirir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas elementi olan Transadriatik Qaz Boru Kəməri (TAP) Xəzər dənizindəki “Şahdəniz” yatağından çıxarılan təbii qazı birbaşa Avropa bazarlarına nəql edir.Son beş il ərzində bu boru kəməri vasitəsilə Avropaya 54 milyard kubmetrdən artıq qaz tədarük olunub.1 yanvar 2026-cı il tarixindən etibarən TAP qazın nəqlinə dair yeni Nəqliyyat Sazişi (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürmə gücü təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti