...

bp strateji enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın uzunmüddətli tərəfdaşı qalmağa ümid edir - Covanni Kristofoli

Energetika Materials 23 Yanvar 2026 17:50 (UTC +04:00)
bp strateji enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın uzunmüddətli tərəfdaşı qalmağa ümid edir - Covanni Kristofoli
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkəti strateji enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın uzunmüddətli tərəfdaşı qalacağına ümid edir.

Trend xəbər verir ki, bunu bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli "Altmışıncılar nəsli: konformizmdən kənar Azərbaycan incəsənəti" adlı yeni sərgi zallarının və daimi ekspozisiyanın açılış mərasimində bildirib. Sərgi zalları layihə çərçivəsində əsaslı təmir olunub.

“Biz SOCAR, tərəfdaşlarımız və hökumətin güclü dəstəyi ilə sıx əməkdaşlıq edərək ölkə üçün iri enerji layihələrini həyata keçirmişik. Və biz uzun onilliklər ərzində bu möhtəşəm yolun bir parçası qalacağımıza səmimi şəkildə ümid edirik”, – deyə o bildirib.

“Biz mədəniyyət nazirliyi ilə sıx əməkdaşlığımızla çox fəxr edirik və onlara təşəkkürümüzü bildirmək istəyirik. Onların dəstəyi ilə ölkənin qədim sənət irsinin qorunması və tanıdılması üzrə layihələr həyata keçirmişik. Məsələn, ötən il son 60 ildə yaradılmış Azərbaycan sənətinin şah əsərlərinə həsr olunmuş albom-kitab nəşr etmişik və sayt açmışıq. Və biz onları məhz bu muzeydə təqdim etmişik,” – deyə regional prezident əlavə edib.

Qeyd edək ki, bp Azərbaycandakı böyük dəniz yatağı olan Azəri-Çıraq-Günəşli və Şahdəniz qaz yatağının operatorudur. Şirkət həmçinin karbohidrogen nəqli layihələrində, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri boru kəmərlərində, eləcə də Səngəçal terminalında iştirak edir.

Şirkət həmçinin Qarabağ yatağının işlənməsi layihələrində və Əşrəfi-Dan Ulduzu-Aypara (ADUA) layihəsində pay əldə edib.

Bərpa olunan enerji sektorunda şirkət Şəfəq günəş elektrik stansiyası layihəsi üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti