...

Dünya Bankı Azərbaycanda qaz sızmalarının aşkarlanması üzrə layihəni nəzərdən keçirir

Energetika Materials 30 Yanvar 2026 09:33 (UTC +04:00)
Dünya Bankı Azərbaycanda qaz sızmalarının aşkarlanması üzrə layihəni nəzərdən keçirir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Azərbaycanda “Azerigas Gas Leak Detection and Repair Facility” adlı qaz sızmalarının aşkarlanması üzrə layihəyə dəstək olmaq imkanını nəzərdən keçirir.

Trend bu barədə Banka istinadən xəbər verir.

Layihənin məqsədi “Azəriqaz” tərəfindən idarə olunan qazpaylayıcı şəbəkədə sızmalar nəticəsində yaranan metan emissiyalarını azaltmaq, həmçinin şirkətin aktivlərin idarə olunması sahəsində potensialını gücləndirməkdir.

Layihənin maliyyələşdirmə həcmi 15 milyon ABŞ dolları təşkil edir. Layihənin təsdiqi 23 aprel 2026-cı il tarixinə nəzərdə tutulub.

Layihə çərçivəsində “Azəriqaz”ın qazpaylayıcı sistemində qaz sızmalarının aşkar edilməsi və aradan qaldırılması üçün vəsait alan tərəf tərəfindən icra olunacaq maliyyə mexanizminin yaradılması nəzərdə tutulur. Bu mexanizm “Global Flaring and Methane Reduction Partnership” (GFMR) Trest Fondundan ayrılacaq ilkin qrant hesabına işə salınacaq. Qrantın alıcısı və qrant hesablarının sahibi SOCAR olacaq, “Azəriqaz” isə yeganə benefisiar və layihənin gündəlik icrasına və idarə olunmasına cavabdeh icraçı qurum qismində çıxış edəcək. Metan emissiyalarının mərhələli şəkildə ixtisarı məqsədilə qaz sızmalarının aşkarlanması və təmiri üzrə razılaşdırılmış tədbirlər üçün vəsaitlər SOCAR-dan “Azəriqaz”a yönləndiriləcək.

Layihə Bakıda qaz sızmaları üzrə baza səviyyəsinin formalaşdırılmasına dair “Azəriqaz”ın pilot proqramının təcrübəsinə əsaslanacaq. Təmir işləri əvvəlcədən razılaşdırılmış uyğunluq meyarlarına uyğun olaraq “Azəriqaz” tərəfindən təklif ediləcək və icra olunacaq. Tədbirlərin prioritetləşdirilməsi xərc, mürəkkəblik, təsir dərəcəsi və digər müvafiq amillər nəzərə alınmaqla həyata keçiriləcək ki, hər xərclənən ABŞ dollarına maksimum emissiya azaldılması təmin olunsun.

Bununla yanaşı, ilkin mərhələdə və sonrakı dövrlərdə GFMR vəsaitləri OGMP 2.0 standartına uyğun olaraq emissiyaların monitorinqi, hesabatlılıq və verifikasiya sahəsində “Azəriqaz”ın potensialının inkişafına yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti