...

AZƏRIQAZ YENİ QAZ SAYĞACLARININ QURAŞDIRILMASINA BAŞLAYIB

Energetika Materials 5 İyul 2005 18:22 (UTC +04:00)

Azəriqaz QSC Nazirlər Kabinetinin 2005-ci il 8 fevral tarixli 43 saylı sərəncamının gerçəkləşdirilməsi çərçivəsində "Sənayecihaz" SC-dən alınmış yeni qaz sayğaclarının quraşdırılmasına başlayıb.Bu barədə Trend agentliyinə QSC-də bildirilib.

"Hazırda Bakıda və regionlarda 5,8 min yeni sayğac quraşdırılıb.Sərəncam çərçivəsində 120 min sayğac alınıb və ilin sonunadək bunların quraşdırılması başa çatdırılacaq.Amma biz bu rəqəmi 150 minədək artırmaq niyyətindəyik.

Hazırda idarə xüsusi vəsaiti hesabına respublikada təxminən 30 min sayğac quraşdırıb" -deyə Azəriqaz-da bildirilib.

"Sənayecihaz" QSC-ni 50 min G-2,5 markalı və 40 min G-4 markalı sayğaclarla təmin edəcək.Şirkət sayğacları $1,790 mln dəyərində verməyi təklif edib.

Yaxın vaxtlarda həmçinin Belorusun Belamo şirkəti Azərbaycana Azəriqaz üçün G-6 markalı qaz sayğaclarının birinci partiyasını tədarük edəcək.Şirkət müqaviləyə əsasən QSC-ni bu markadan olan 30 min sayğacla təmin edəcək. Müqavilənin qiyməti $840 min. təşkil edir.

Xəbər lenti

Xəbər lenti