...

TÜRKİYƏ BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNDƏN 200 MİLYON DOLLARA QƏDƏR BİRBAŞA GƏLİR GÖTÜRMƏK İSTƏYİR

Energetika Materials 12 Sentyabr 2005 16:07 (UTC +04:00)

İlk 16 il ərzində Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərindən 200 milyon dollara qədər birbaşa gəlir götürəcəyini gözləyir. Trend in məlumatına görə, bu barədə ölkə ərazisindən BTC-nın tikintisi ilə məşğul olan Türkiyənin rəsmi Botas saytında məlumat verilib.

Məlumatda bildirilir ki, 2017-ci ildən 2040 -cü ilə kimi layihənin reallaşdırılmasından nəql olunan neftin həcmindən asılı olaraq tranzit tarifləri və digər servis xidmətləri şəklində Türkiyə 200 milyon dollardan 300 milyon dollaradək gəlir əldə edə bilər.

Botas-ın məlumatında bildirilir ki, Turkiyə yaxın vaxtlarda öz ərazisindən neftin nəqli işində əsas rolu öz üzərinə götürərək dünya bazarına Xəzər regionundan 200 milyard barel neft və 18 trilyon kubmetr qaz çıxaracaq.

BTC-nın ildə maksimum 50 milyon ton neft nəql etmək gücü əldə olunarsa, Türkiyə öz ehtiyacları üçün ildə 15 milyondan 20 milyon tona qədər neft almağı planlaşdırır.

Türkiyənin Ceyhan limanından ilk neft tankerinin 2005-ci ilin sonlarından yola salınacağı planlaşdırılır. Hazırda ABƏŞ boru kəmərinə 300 min ton Azeri Light növündən olan neft vurur.

Xəbər lenti

Xəbər lenti