...

"KASPROMNEFTEFLOT" GƏMİLƏRİN TƏMİRİ ÜÇÜN AVADANLIQLAR ALIR

Energetika Materials 22 Sentyabr 2005 13:37 (UTC +04:00)

"Kaspromnefteflot" "Süleyman Vəzirov" və "Əli Əmirov" gəmilərinin təmir etməyi planlaşdırır. Bu barədə Trend ə idarədən xəbər verilib. Bu məqsədlə müxtəlif avadanlıq və ehtiyat hşissələrin alınması üzrə tender elan edilib.

Cari ildə elan olunmuş tenderdə "Süleyman Vəzirov" gəmisinin təmiri üçün bir sıra avadanlıqlar alınıb və hazırda onlar quraşdırılır. Keçən il keçirilmiş tenderlərdə də gəmilərin təmirində istifadə olunmuş avadanlıqlar alınmışdı.

Maraqlı şirkətlər idarənin marketinq qrupuna müraciət edə bilər. Tenderdə iştirak etmək üçün pretendetlər 200 dollar və 18% ƏDV (cəmi $236) ödəməlidir.

Tenderin şərtlərinə əsasən, müsabiqənin qalibi müqavilənin imzalandığı andan etibarən 3 ay müddətində avadanlığı ölkəyə gətirməlidir. Avadanlığın dəyəri isə 6 ay ərzində ödəniləcək.

Potensial iştirakçılar sənədlərini 2005-ci il oktyabrın 24-dən, tender təkliflərini isə noyabrın 1-dən gec olmayaraq idarəyə təqdim etməlidirlər.

Təkliflər paketi noyabrın 2-də "Kaspmopnefteflot"da açılacaq.

Xəbər lenti

Xəbər lenti