...

Gürcüstan Azərbaycana elektrik enerjisinin tədarükünü dayandırıb

Energetika Materials 26 Dekabr 2005 15:12 (UTC +04:00)

Gürcüstan əvvəlki illərin enerji borclarının ödənilməsi çərçivəsində elektrik enerjisinin tədarükünü dayandırıb. Bu barədə Trend ə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib.

Onun sözlərinə görə, ölkəyə elektrik enerjisi cəmi iki gün tədarük olunub.

"Gürcüstandan Azərbaycana saatda təxminən 2 mln kVt elektrik enerjisi daxil olur. Bu məsələ ötən həftə Gürcüstanın baş nazirinin Azərbaycana səfəri zamanı müzakirə olunmuş və Gürcüstan tərəfi enerji tədarükünü bərpa etməyə söz vermişdi", - deyə M.Əsgərov qeyd edib. O, 2006-cı ilin əvvəlindən Gürcüstanın enerji tədarükünü bərpa edə biləcəyini istisna etməyib.

Gürcüstan tərəfdən Azərbaycana elektrik enerjisinin tədarükü üçün 330 kV-luq Qardabani EÖX istifadə olunur. Əgər əvvəlcədən müəyyən edilmiş qrafikə əməl olunsaydı, borclar 2006-cı ilin yanvarına kimi qaytarıla bilərdi. Bu borc 1992-1994-cü illər ərzində yığılıb və $17 mln (saatda 32,25 mln kVt) təşkil edir.

Xəbər lenti

Xəbər lenti