...

Azerbaijan Gas Supply Company Gürcüstana əlavə qazın satışını müzakirə etmir

Energetika Materials 31 Yanvar 2006 17:05 (UTC +04:00)

Azerbaijan Gas Supply Company (AGSC) hazırda satış üçün əlavə qaz həcminə malik deyil. Statoil Azerbaijan şirkətinin prezidenti Georq Qundersenin Trend ə verdiyi məlumata görə, bu səbəbdən indi AGSC Gürcüstana əlavə qaz satışını müzakirə etmir.

Statoil Azərbaijan "Şoahdəniz" yatağından hasil olunan qazın Gürcüstana və Türkiyəyə nəql olunacağı Cənubi Qafqaz qaz kəmərinin kommersiya operatorudur. "Şahdəniz" qazı azərbaycan tərəfindən də alınacaq. Bütün 3 ölkənin "Şahdəniz" üzrə tərəfdaşları qaz "alqı-satqı"sı barədə artıq müqavilə imzalayıblar. Lakin Gürcüstan əlavə həcm almaq barədə təşəbbüslə çıxış edib.

G.Qundersenin sözlərinə görə, Gürcüstana daha böyük həcmdə qazın satışı imkanlarının öyrənilməsi üzrə hökumətlərarası işçi qrupu yaradılıb. "Bu tip satış barədə istənilən razılaşma iki ölkənin hökumətləri arasında imzalanmalıdır".

Statoil 2005-ci ilin sonlarında Azərbaycan iqtisadiyyatına neft-qaz layihələri çərçivəsində 1992-ci ildən öz əməliyyatlarına başladığı vaxtdan ümumi məbləği $2288,9 mln investisiya qoyub.

Xəbər lenti

Xəbər lenti