...

İdris Rzabəyov: 2006-cı ildə Azərbaycan iqtisadiyyatında böyük tərəqqi müşahidə olunub

Energetika Materials 17 Mart 2006 18:03 (UTC +04:00)

Respublikada aparılan iqtisadi islahatlar nəticəsində yaradılan Sənaye və Energetika Nazirliyi ölkənin sənaye potensialının hərtərəfli inkişafına, gələcəkdə xarici investisiyaların cəlb olunmasına, eləcə də dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsinə kömək edəcək. Trend in müxbirinin Tbilisidən verdiyi məlumata görə, bu barədə Gürcüstanda keçirilən 5-ci "Neft, qaz, energetika və infrastruktur" (GIOGIE-2006) beynəlxalq konfransının gedişində Azərpbaycanın Sənaye və Energetika Nazirliyi yanacaq-energetika əməliyyatları şöbəsinin rəisi İdris Rzabəyov məlumat verib.

Onun sözlərinə görə, 2006-cı ildə Azərbaycan iqtisadiyyatında böyük irəliləyişlər müşahidə olunub ki, onların arasında "Qərbi Azəri"də platformanın suya buraxılması, "Şahdəniz"də qaz-kondensat yatağının işlənməsi, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və Cənubi Qafqaz qaz kəmərinin işə salınması xüsusi yer tutur.

"Şahdəniz" yatağından "Mərhələ-1"də qaz hasilatının gedişi zamanı ildə təxminən 8,8 mlrd. kubmetr qaz çıxarılacağı ehtimal olunur. Bu həcmdən ildə 6,6 mlrd. m3 qaz Türkiyəyə, 0,8 mlrd. m3 Gürcüstana və 1,4 mlrd. m3 isə müqavilə üzrə Azərbaycana veriləcək.

Bu gün Cənubi-Qafqaz qaz kəmərinin tikintisi çərçivəsində işlər 91,5% yerinə yetirilib. "Bu layihəyə qoyulan investisiyalar artıq $0,9 milyardı ötüb", - deyə o bildirib.

BTC boru kəmərinə gəldikdə, İ.Rzabəyov bildirib ki, indi Azərbaycan və Qazaxıstan tərəfləri arasında Aktau-Bakı və daha sonra BTC ilə Qazaxıstan neftinin nəqli üzrə hökumətlərarası razılaşma və müqavilənin əsas şərtləri və prinsiplərini əks etdirən sənədlərin hazırlanması üzrə işlər başa çatır. "Hazırda bütün əsas sənədlər paraflaşdırılıb və yaxın vaxtlarda onların imzalanacağı gözlənilir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti