...

Martda "Azerenerji" sistemində təxminən 2,324 mlrd kVt elektrik enerjisi istehsal olunub

Energetika Materials 5 Aprel 2006 12:37 (UTC +04:00)

2006-cı ilin fevral ayı ərzində "Azərenerji" SC təxminən 2 mlrd 324 mln kVt elektrik enerjisi istehsal edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 5% çoxdur. Bu barədə SC-nin mətbuat xidmətinin məlumatında deyilir.

Martda istehsal olunmuş elektrik enerjisinin ümumi həcminin 2,033 mlrd kVt istilik elektrik stansiyaları, təxminən 291 mln kVt isə su elektrik stansiyalarının payına düşür.

2006-cı ilin mart ayı ərzində qonşu ölkələrdən elektrik enerji tədarükü davam etdirilib. Rusiyadan 48,6 mln kVt, İrandan - 61,6 mln kVt, Türkiyədən - 39,1 mln kVt, Gürcüstandan - 14,7 mln kVt elektrik enerjisi alınıb.

Xəbər lenti

Xəbər lenti