...

Azərbaycan Dövlət Neft Şirkəti Bakının neft emalı zavodlarında iki qurğunu təmir edəcək

Energetika Materials 28 Aprel 2006 19:01 (UTC +04:00)

Bu il ARDNŞ ildə 6 mln. ton neft emal edən iki ELOU AIT tipli qurğuda təmir işləri aparmaq niyyətindədir. Birinci qurğu "Azneftyağ" zavodunda, ikinci isə H.Əliyev adına NEZ-dədır. Trend in verdiyi məlumata görə, bu barədə ARDNŞ-in emal üzrə vitse-prezidenti Davud Məmmədov məlumat verib.

2006-2007-ci illərdə H.Əliyev adına NEZ-in rekonstruksiyası üzrə işlərin həyata keçiriləcəyi gözlənilir. Onun sözlərinə görə, bu il "Azneftyağ" zavodunda kimyəvi təmizləmə üzrə qurğunun tikintisi nəzərdə tutulub.

Hazırda işlər 2005-2008-ci illərdə inkişaf proqramı çərçivəsində həyata keçirilir. Lakin ARDNŞ artıq 2008-2013-cü illərdə NEZ-in inkişaf proqramını hazırlayır. Hazırda ona hökumət tərəfindən baxılır. Yaxın vaxtlarda bu məsələ üzrə müvafiq sərəncamın veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti