Mayın 22-24-də Polşa Dövlət Neft-Qaz Şirkətinin vitse-prezidenti Stanislav Nedbalets Bakıya səfər edəcək. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Voytsex Quretski eksklüziv olaraq bildirib.
Onun sözlərinə görə, səfər zamanı Polşa şirkətinin vitse-prezidenti energetika sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirmə perspektivlərini müzakirə etmək niyyətindədir.
Səfər çərçivəsində S.Nedbalets ARDNŞ və Sənaye və Energetika Nazirliyi ilə danışaqlar aparacaq. Vitse-prezidenti Polşa ekspertləri müşayiət edəcək. Ekspertlər Azərbaycan tərəfi ilə əvvəlcədən irəli sürülmüş təklifləri müzakirə edəcək.