...

ARDNŞ Novorossiyskdən neft satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 15 May 2006 17:25 (UTC +04:00)

2006-cı ilin mayında ARDNŞ 60 min ton Ural növlü neftin Novorossiysk limanından satışı üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə ARDNŞ-dən bildirilib. Tenderin qalibi Glencore Energy UK LTD neft treyderi olub.

Neft partiyasının 28-29 mayda yüklənəcəyi gözlənilir.

2004-cü ildə 2,559 mln. tona qarşı 2005-ci ildə ARDNŞ Novorossiyskdən 1,631 mln. ton neft yükləyib. 2005-ci ilin noyabrında 167,2 min tona və 2004-cü ilin dekabrında isə 166,3 min tona qarşı 2005-ci ilin dekabrında 86,5 min ton neft yüklənib. 2006-cı ilin yanvarında neft yüklənməyib.

2005-ci ildə bütün şirkətlər arasında Glencore treyderi ARDNŞ-dən daha çox - 557 min ton neft alıb. 2-ci yerdə 464 min tonla LUKOIL gəlir.

2006-cı ilin əvvəllərindən ARDNŞ-dən aşağıdakı şirkətlər neft alıb:

Yanvar - Glencore Energy (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton);

Fevral - Glencore Energy (60 min ton);

May - Glencore Energy (60 min ton).

Xəbər lenti

Xəbər lenti