...

Salih Başoğlu: "Türkiyə Azərbaycan qazının Avropaya nəqli üçün əlindən gələni etməyə çalışacaq"

Energetika Materials 6 İyun 2006 12:46 (UTC +04:00)

Türkiyənin energetika və təbii sərvətlər naziri müavininin köməkçisi Salih Başoğlu iyunun 6-da Bakıda "Xəzər neft və qaz-2006" sərgisinin açılışı zamanı çıxışında ilk neftin Ceyhan limanından yola salınması münasibətilə Azərbaycan xalqını təbrik edib və bildirib ki, iyulun 13-də "Heydər Əliyev adına" terminalda Bakı-Tiflis-Ceyhan boru kəmərinin Türkiyə hissəsinin işə salınması münasibətilə təntənəli tədbir keçiriləcək.

Trend in xəbər verdiyi kimi, Başoğlu Azərbaycan qazının Cənubi Qafqaz boru kəməri ilə Avropaya nəql olunacağına ümidvar olduğunu bildirib.

"Azərbaycan qazının Yunanıstana və daha sonra Avropaya nəqli üçün Türkiyə əlindən gələni etməyə çalışacaq. Ölkə yanacağın Rumıniya və Bolqarıstana nəqli üçün də səy göstərir", - deyə o qeyd edib.

S.Başoğlu hesab edir ki, Türkiyə bu neft və qaz layihələrinin enerji körpüsü ola bilər. "Neft Ceyhan limanından müxtəlif ölkələrə, xüsusilə İsrail və Hindistana nəql olunacaq", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin TRAO şirkəti tərəfindən Azərbaycanın layihələrinə qoyulacaq sərmayənin həcmi $2,2 mlrd dollardan 4 mlrd dollaradək artacaq.

Xəbər lenti

Xəbər lenti