...

BTC boru kəmərinin açılışında ABŞ-ın energetika nazirinin müavini iştirak edəcək

Energetika Materials 6 İyul 2006 13:00 (UTC +04:00)

İyulun 13-də Bakı-Tiflis-Ceyhan boru kəmərinin rəsmi açılış mərasimində ABŞ-ı energetika nazirinin müavini Kley Sell (Clay Sell) təmsil edəcək. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, rəsmi Ankara ABŞ prezidentinin adına dəvət ünvanlayıb. Ancaq Corc Buşun G-8 görüşündə iştirak edəcəyi ilə əlaqədar Türkiyəyə Energetika Nazirliyi nümayəndəsinin göndərilməsi qərara alınıb.

ABŞ-ın Türkiyədəki səfiri Ross Vilson (Ross Wilson) qeyd edib ki, iyulun 13-də ABŞ-ın energetika naziri Ceyhana gəlməli idi. Ancaq proqramın yüklənməsi ilə əlaqədar onu Kley Sell əvəz edəcək. Səfir xatırladıb ki, Türkiyəyə təyin olunmazdan əvvəl Azərbaycanda işləyib. Ankaraya isə ilk dəfə 1997-ci ildə, ABŞ BTC layihəsinin dəstəklənməsi ilə bağlı aydın mövqeyini bəyan edərkən gəlib.

ABŞ energetika nazirinin müavini iri nümayəndə heyətinə başçılıq edəcək. O, həmçinin, strateji əhəmiyyətli neft kəmərinin açılışı münasibətilə Corc Buşun xüsusi məktubunu oxuyacaq.

Mərasimə dəvət olunmuş 16 dövlət başçısından Türkiyəyə yalnız 2 prezident gələcək. Qırğızıstan və Böyük Britaniyanı baş nazir köməkçiləri, 4 dövləti XİN başçıları, 16 dövləti isə energetika nazirləri təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti