...

Azərbaycanın sənaye və energetika naziri enerjidaşıyıcılarının Avropaya nəqli məsələsini AB nümayəndəsi ilə müzakirə edib

Energetika Materials 26 İyul 2006 13:36 (UTC +04:00)

Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Avropa Komissiyasının Azərbaycandakı nümayəndəsi Alan Addamsı qəbul edib. Trend in xəbər verdiyi kimi, bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər.

Görüşdə "Avropa Birliyi və Azərbaycan Respublikası arasında enregetika sahəsində strateji tərəfdaşlıq, qarşılıqlı anlaşma haqqında memorandum" layihəsi müzakirə edilib. Bu sənəd bu il noyabrın axırında imzalanmalı idi.

Avropa Birliyinin nümayəndəsi qeyd edib ki, Azərbaycan Xəzərdən və Mərkəzi Asiyadan AB-yə neft və qaz nəqli üçün mühüm tranzit ölkəsinə çevrilir. Tərəflər qeyd ediblər ki, tranzitin təhlükəsiz, şəffaf və etibarlı sisteminin yaradılması həm Avropa Birliyi, həm də Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.

Görüşdə həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrinə müxtəlif enerji növlərinin nəqli üçün strateji konsepsiyaların yaradılması, enerji resurslarının nəqli üzrə digər layihələrin öyrənilməsi, bu planda konkret proqram və işçi qrupların yaradılması, investorların cəlb edilməsi və başqa məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti