...

İlin sonunadək Bakıda bütün abunəçilərə qaz sayğacları quraşdırılacaq

Energetika Materials 28 İyul 2006 14:02 (UTC +04:00)

Hazırda "Bakqaz"ın balansında 530 min abunəçi var. Ümumi sayın 500 minini - əhali, 5 000-ni- qeyri-dövlət və özəl təşkilatlar, 1400-nü - kommunal qurumlar təşkil edir. Trend in xəbər verdiyi kimi, bu barədə "Bakqaz"ın rəhbəri Tahir Əliyev məlumat verib. Hazırda bu qurumun balansında 5 min km-lik boru kəmərləri var və 11 rayona xidmət göstərir.

T.Əliyev qeyd edib ki, 6 ay ərzində tədarük olunmuş qaza görə abunəçilərdən yığımın həcmi 37% təşkil edib. Yanvarda bu göstərici 14%, fevralda - 19%, martda - 23%, apreldə - 31%, mayda - 42% və iyunda -51%-ə bərabər olub.

Bu ilin sonunadək Bakıda 300 minədək sayğac quraşdırılacaq. Beləliklə, ilin sonunadək paytaxtın bütün abunəçilərini sayğacla təchiz etmək planlaşdırılır. Hazırda 260 min cihaz quraşdırılıb. Sayğacların quraşdırılması "Azəriqaz" QSC-nin vəsaiti hesabına həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti