...

Rayonlara qaz verilməsi rayon icra başçılarından zəmanət alındıqdan sonra bərpa olunacaq

Energetika Materials 22 Avqust 2006 20:50 (UTC +04:00)

Azərbaycanın altı rayonunun icra hakimiyyəti ölkə hökümətinə ödəniş haqqında zəmanət məktubu təqdim etdikdən sonra "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti həmin rayonlara qazın verilməsini bərpa edəcək. Trend xəbər verir ki, bu barədə QSC-nin sədr müavini Nazim Səmədzadə bildirib.

QSC nümayəndələrinin sözlərinə görə, bu tədbirlər abunəçilərə verilən qaza görə haqların ödənilmə faizinin artırılması üçün görülür. Bu, Azərbaycan prezidenti İlham Əliyevin ilin birinci yarısında hökümətin gördüyü işlərin yekunu üzrə keçirdiyi toplantıda nəzərdə tutulmuş bəndlərdən biri idi.

"Azəriqaz" nümayəndələrinin sözlərinə görə, hazırda vəsait yığımı təxminən 30% təşkil edir. QSC nümayəndələrinin sözlərinə görə, qazın verilməsinin bərpası üçün ya iyul ayında tədarük edilən qaza görə ödəniş tam ödənilməli, ya da rayonların İcra hakimiyyəti başçılarından Nazirlər Kabinetinə müəyyən müddət ərzində qaz üzrə borcların qaytarılacağı haqqında məktub-öhdəlik göndərilməlidir.

Xəbər lenti

Xəbər lenti