...

Batumi neft terminalı yanvar-avqust aylarında təxminən 8,5 mln. ton neft yükü daşıyıb

Energetika Materials 12 Sentyabr 2006 12:46 (UTC +04:00)

2006-cı ilin yanvar-avqust aylarında Batumi neft terminalı 2005-ci ilin analoji dövründə 5,914 ml. tonla müqayisədə 8,46 mln. ton neft yükü daşıyıb. Bu barədə Trend ə limana yaxın mənbələrdən məlumat verilib.

2005-ci ilin iyul ayında 1,06 mln. ton və 2005-ci ilin avqust ayında 687,6 min ton yüklə müqayisdə 2006-cı ilin avqust ayında 932 min ton yük daşınıb.

Batumi neft terminalı ildə 15 mln. tona qədər neft yükü daşıya bilər. Gəmilər üçün Aframax sinfindən daşınan buy da daxil olmaqla, terminal dörd yan alma körpüsündə 30-90 min ton dedveytli tankerlərə xidmət edir. Hazırda terminalın çən parkının gücü təxminən 530 min ton təşkil edir və bu, dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmlərin daşınması üçün kifayətdir.

Xəbər lenti

Xəbər lenti