9 ay ərzində Azərbaycan Bakı-Novorossiysk şimal boru kəmər marşrutu ilə 3 mln 468,634 min ton Urals növlü neft ixrac edib (2005-ci ilin analoji dövrünə olan 1 mln 535 min tona qarşı). Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Ümumi həcmin 976,909 min tonu ARDNŞ neftinin, 2 mln 491,725 min tonu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti neftinin payına düşüb.
ARDNŞ-dən qeyd edilir ki, 2006-cı ilin sentyabr ayı ərzində "şimal" marşrutu ilə 341,146 min ton neft ixrac olunub. Bunun 249,934 min tonu ARDNŞ-in, 94 min 212 tonu ABƏŞ-in payına düşüb. Ötən il ARDNŞ bu marşrutla 237 min ton neft göndərib.
İlin əvvəlindən ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiyskdən 702 min 88 ton neft satıb.
Bakı-Novorossiysk boru kəməri ilə 1 ton neftin nəqli tarifi $15,67 təşkil edir.
ARDNŞ-in məlumatına görə, sentyabrda Brent növlü neftin qiyməti $61,71/barel, Urals növlü neftin qiyməti isə $59,48/barel təşkil edib.