...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 12 Oktyabr 2006 15:36 (UTC +04:00)

Oktyabrın 11-də AZERI LT FOB Ceyhan neftinin qiyməti $57,38/barel təşkil edib, bu isə oktyabrın 10-dakı qiymətdən $0,27/barel azdır. Ötən çərşənbə günü ilə müqayisədə AZERI LT FOB Ceyhan neftinin qiyməti $1,16/barel artıb.

Trend xəbər verir ki, oktyabrın 11-də AZERI LT CIF Augusta neftinin qiyməti $58,82/barel təşkil edib, bu isə oktyabrın 10-dakı qiymətdən $0,26/barel azdır. Ötən çərşənbə ilə müqayisədə AZERI LT CİF Augusta neftinin qiyməti $1,27/barel artıb.

Azeri Light növlü neft BP-nin operatoru olduğu Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Oktyabrın 11-də URAL (EX-NOVO) neftinin qiyməti $54,18/barel təşkil edib, bu isə oktyabrın 10-dakı qiymətdən $0,21/barel azdır. Ötən çərşənbə günü ilə müqayisədə URAL (EX-NOVO) neftinin qiyməti $1,26/barel artıb.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, URAL növlü nefti Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL nefti kimi satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Oktyabrın 11-də DTD neftinin qiyməti $57,77/barel təşkil edib, bu isə oktyabrın 10-dakı qiymətdən $0,07/barel çoxdur. Ötən çərşənbə günü ilə müqayisədə DTD neftinin qiyməti $1,35/barel artıb. DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti