...

Nazir: Azərbaycan öz ərazisini İran qazının Gürcüstana tranziti üçün təqdim etməyə hazırdır

Energetika Materials 12 Oktyabr 2006 17:21 (UTC +04:00)

Energetika naziri Nika Gilaurinin başçılıq etdiyi Gürcüstanın nümayəndə heyəti Azərbaycana səfər edib. "Danışıqlar zamanı onlar ölkəmizin bu il üçün qaz təminatı ilə maraqlanıblar. Biz fikir mübadiləsi apardıq və heç bir qərar qəbul olunmayıb", - deyə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bu gün jurnalistlərə məlumat verib.

"Azərbaycan hələ öz enerji balansını müəyyənləşdirməyib. Bu, bəzi amillərdən asılıdır : biz öz qaz hasilatımızı artırmaq üçün tədbirlər görürük. Biz "Şahdəniz" layihəsində hasil olunacaq qaz həcmlərini müəyyən etməliyik. Biz hələ Türkiyənin bizdən qaz alıb-almayacağını müəyyənləşdirməmişik. Əgər Türkiyə Azərbaycan qazını almaqdan imtina etsə, həmin qaz bizə veriləcək. Rusiya ilə də danışıqlar davam etdirilir. Bu çox mühüm amildir. Biz 2007-ci ildə Rusiyadan nə qədər və hansı qiymətdə qaz alacağımızı bilmirik. Biz həmçinin İranla da danışıqlar aparırıq. Əgər həmin danışıqlar müsbət nəticələnsə, o zaman bu, əhalinin qaz təminatının və ölkə sənayesinin yaxşılaşdırılması üzrə Azərbaycan üçün daha bir mənbə olacaq", - deyə N.Əliyev bildirib.

İran qazının Azərbaycan ərazisindən keçməklə Gürcüstana ixrac etmə imkanını şərh edərkən nazir bildirib ki, bu ölkələr arasında hələ həmin məsələyə dair heç bir razılaşma yoxdur. "Tezliklə Gürcüstan nümayəndəsi danışıqlar aparmaq üçün İrana səfər edəcək. Əgər onlar razılığa gəlsələr, o zaman Azərbaycan öz ərazisini tranzit üçün təqdim etməyə hazırdır", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti