...

2007-ci ildə "Şahdəniz" yatağından hasil olunacaq qazın həcmi açıqlanıb

Energetika Materials 25 Oktyabr 2006 18:46 (UTC +04:00)

Gələn il "Şahdəniz" qazkondensat yatağından 5,4 mlrd. kubmetr qaz hasil olunacaq. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Azərbaycanın sənyae və energetika naziri Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti 2007-ci ildə 5 mlrd. kubmetr qaz hasil etmək niyyətindədir. Bu həcm gələn il üçün ölkənin yanacaq-energetika balansında göstəriləcək. ARDNŞ-in neft hasilatı həcmi isə bu ilki səviyyədə - 8 mln. 750 min ton qalacaq.

"Azəri"-"Çiraq"-"Günəşli" yataqlarının işlənilməsi layihəsinin operatoru - BP şirkətinin gələn il Azərbaycana 1,4 mlrd. kubmetr səmt qazı ötürəcəyi gözlənilir, - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti