...

"Şərqi Azəri" yatağında birinci quyunun debiti müəyyən olunub

Energetika Materials 28 Oktyabr 2006 11:43 (UTC +04:00)

Trend xəbər verir ki, cari ilin ilk üç kvartalı ərzində "BP Azərbaycan" şirkəti tərəfindən "Çiraq", "Mərkəzi Azəri" və "Qərbi Azəri" platformalarından gündə orta hesabla 448 min barrel neft hasil edilib (üçüncü kvartalda orta gündəlik hasilat 523 min barrel təşkil edib). Şirkət ilin sonuna kimi hasilatın orta sutkalıq həcminin 500 min barrel təşkil edəcəyini gözləsədə, hal-hazırda bu göstərici 580 min barrel həcmində proqnozlaşdırılır.

Hazırda "Çiraq" platformasına 20 quyu: 14 neft hasil edən və 6 suvuran quyu istismar olunur. İlin əvvəlindən bəri platformadan 40 mln. barrelə qədər (və ya 5,4 mln. ton) neft hasil olunub ki, quyulardan və kollektordan hasilat üzrə yaxşı iş icrasını əks etdirir. 1997-ci ilin noyabrında hasilat başlanandan bəri "Çıraq"dan 370 milyon bareldən artıq (50 milyon tondan artıq) neft hasil olunub.

"Mərkəzi Azəri" platforması hazırda 11 quyudan neft hasil edir. Platformanın istismar səmərəliliyi 91%-dir.

2006-cı il üçün sentyabr ayının sonunadək "Mərkəzi Azəri"dən təqribən 60 milyon barel (təxminən 8 milyon ton) neft hasil edilmişdi. Hasilat 2006-cı ilin yerdə qalan hissəsi boyu yerdə qalan 2 planlaşdırılmış quyu qazılıb tamamlandıqca artacaq.

"Qərbi Azəri" (QA) platforması hazırda beş (üç öncədən və iki platformadan qazılmış) quyudan neft hasil edir. Platforma yanvarın əvvəlində işə salınandan bəri 21 milyon barel (və ya təqribən 3 milyon ton) neft hasil edib. Platformadan qazılmış ikinci quyu oktyabrın əvvəllərində istismara verilib. Platformadan daha çox quyuların qazılması davam etdikcə hasilat get-gedə artacaq.

"Şərqi Azəri" (ŞA) yatağında neft hasilatı səkkiz qabaqlayıcı quyunun birincisindən oktyabr ayının 21-də qrafikdən 4 ay öncə başlanıb. ŞA ilə Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsinin 2-ci Fazası tamamlanır.

ŞA-dən birinci neft hazırda təzə sualtı boru kəməri ilə sahil istiqamətində nəql olunur və təxminən on gündən sonra Səngəçal terminalına çatacağı gözlənilir.

Hazırda bir quyudan gündəlik təxminən 25.000 barel neft axır (amma maksimum sabit məhsuldarlığına çatdıqdan sonra quyunun gündə 38.000 barel çıxarmaq potensialı var) və biz digər qabaqlayıcı quyular istismara veriləcəyinə görə hasilatın 2007-ci il ərzində platformadan qazma işləri başlanmamışdan öncə artacağı gözlənilir. Ən yüksək sabit hasilat zamanı ŞA platformasında gün ərzində 260,000 barel neft hasil olunacaq və Qərbi və Mərkəzi Azəri daxil olmaqla "Azəri" yatağında ümumi hasilat həcmi gün ərzində 800.min bareldən çox olacaq.

Xəbər lenti

Xəbər lenti