...

Azərbaycan Xəzər və Qara dəniz bölgələri ölkələrinin enerjisi üzrə nazirlər konfransında iştirak edəcək

Energetika Materials 27 Noyabr 2006 18:01 (UTC +04:00)

Noyabrın 30-da Astanada Avropa Birliyinin himayədarlığı altında Xəzər və Qara dəniz bölgələri ölkələrinin enerjisi üzrə nazirlər konfransı keçiriləcək. Bu barədə Trend in xüsusi müxbiri XİN-ə istinadən xəbər verir.

Astanada keçirilən bugünkü brifinqdə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Yerjan Aşikbayev bildirib ki, konfransda bölgələr arasında enerji üzrə qarşılıqlı əlaqənin müzakirə edilməsi planlaşdırılır.

Konfransda Azərbaycan, Ermənistan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Rusiya, Belorusiya, Moldova, Finlyandiya, Türkiyə, Ukraynanın nümayəndə heyətləri, eləcə də Avropa komissiyası, beynəlxalq təşkilat və şirkət nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti