...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 29 Noyabr 2006 15:07 (UTC +04:00)

AZERI LT FOB Ceyhan neftinin qiyməti noyabrın 28-də $60,58/barel təşkil edib, bu isə noyabrın 27-dəkı qiymətdən $1,27/barel çoxdur. Bu barədə Trend xəbər verir.

Trend xəbər verir ki, AZERI LT CIF Augusta neftinin qiyməti noyabrın 28-də $61,24/barel təşkil edib, bu isə noyabrın 27-dəkı qiymətdən $1,27/barel çoxdur.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti noyabrın 28-də $55,55/barel təşkil edib, bu isə noyabrın 27-dəkı qiymətdən $1,08/barel çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Noyabrın 28-də DTD neftinin qiyməti $61,21/barel təşkil edib, bu isə noyabrın 27-dəkı qiymətdən $1,32/barel azdır.

DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti