...

BP "Azərbaycanda bioloji müxtəliflik" müsabiqəsinin qaliblərinə mükafat təqdim edib

Energetika Materials 15 Dekabr 2006 13:58 (UTC +04:00)

BP şirkəti Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı və Cənubi Qafqaz Boru Kəməri (CQBK) qaz ixracı layihələrindəki tərəfdaşları adından Azərbaycanda bioloji müxtəlifliyə həsr etdiyi "Azərbaycanda bioloji müxtəliflik" mövzusunda beşinci müsabiqənin qaliblərinə mükafatların verildiyini bildirib. Bu barədə Trend xəbər verir.

Mükafatların təqdim olunması mərasimində bütün əlaqədar təşkilatların, hökumət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və KİI mənsubları iştirak edib.

Bu müsabiqə BP və onun tərəfdaşlarının Bioloji Müxtəliflik sahəsində strategiyasının bir hissəsidir və şirkətin operator olduğu ölkə və bölgələrdə bioloji müxtəliflik sahəsində bir sıra konkret təşəbbüslərin həyata keçirilməsi öhdəliyini dəstəkləyir.

Bu ilki müsabiqə ilk dörd müsabiqənin uğurlarına əsaslanır və eyni məqsəd daşıyır: dünyanın bioloji müxtəlifliyinə real, ölçülə bilən, müsbət təsir göstərmək. Onun məqsədi qlobal bioloji müxtəlifliyin qorunmasının vacibliyi barədə bilgilərin artırılması üçün həm indi, həm də gələcəkdə əməli şəkildə həyata keçirilə bilən ən yaxşı ideyaları meydana çıxarmaqdır.

Müsabiqə iki kateqoriyada keçirilib - bioloji müxtəlifliyə dair ən yaxşı layihə və bioloji müxtəlifliyə həsr edilmiş ən yaxşı məqalə və elektron KİI materialı. İkinci kateqoriya müsabiqəyə ekoloji jurnalistikanı fəallaşdırmaq məqsədilə daxil edilib.

Müsabiqəyə təqdim olunmuş layihələrin və məqalələrin müzakirə edilməsi məqsədi ilə dörd komissiya yaradılıb. Komissiya üzvləri tərəfindən təqdim olunmuş materialların nəzərdən keçirilmə proseduru bir neçə mərhələdən ibarət olub:

Mərhələli qiymətləndirmə prosesinin nəticəsi olaraq bu ilki müsabiqənin əsas mükafatı - Azərbaycan Zooloqlar Cəmiyyəti tərəfindən müsabiqəyə təqdim olunmuş "Azərbaycan ərazisində Bezoar keçilərinin (Carpa aegagrus) və Muflonların (Ovis orientalis) monitorinqi ilə bağlı lazımi əsasların təmin edilməsi və onların qorunması istiqamətində tədbirlər planının işlənib hazırlanması" layihəsinə verilib. Bu layihənin dəyəri 18.670 ABŞ dollarıdır.

İkinci yer və 1500 ABŞ dolları məbləğində mükafat "Ekostil-Azərbaycan" QHT-yə "Azərbaycanın çempion ağacları" layihəsinə görə verilib. Üçüncü yer və 1000 ABŞ dolları məbləğində mükafat Azərbaycan Zooloqlar Cəmiyyətinə "Xəzərin Azərbaycan hissəsinin sahil ərazilərinin heyvanlar aləmi" layihəsinə görə verilib.

Bundan əlavə iştirakçı təşkilatlardan dördü müsabiqə təkliflərinin nəzərdən keçirilməsi üzrə komissiya tərəfindən xüsusilə qeyd olunub. Bu təşkilatlardan hər birinə qabiliyyət və potensiallarının gücləndirilməsi məqsədilə 500 ABŞ dolları məbləğində mükafat verilib.

Bu il bioloji müxtəlifliyə həsr olunmuş məqalələr və elektron KİI materialları kateqoriyasında təqdim olunmuş materiallardan heç biri müsabiqənin bütün tələblərini tam ödəmədiyindən bu il 1-ci mükafat verilmədi.

İkinci yerə və 500 ABŞ dolları məbləğində mükafata Gülqız Suleymanova "Zerkalo" qəzetində dərc olunmuş "Suiti qripi virusu" adlı məqaləsinə görə layiq görülüb.

Üçüncü yerə və 300 ABŞ dollar məbləğində mükafata Sevinc Heydərova "Kaspiy" və "Obozrevatel" qəzetlərində dərc olunmuş "Yanğın təhlükəsi", "Pestisid təhlükəsi", "Abşeronun qızıl qumları gecənin zülmət qaranlığından istifadə edilərək kənara daşınır" adlı məqalələr seriyasına görə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti