...

Azərbaycan neftinin qiyməti: həftənin yekunları (15-19-yanvar)

Energetika Materials 22 Yanvar 2007 15:17 (UTC +04:00)

15-19 yanvar həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı neftin AZERİ LT (CİF) növünün orta qiyməti $52,33/barel təşkil edib, bu isə ötən həftəki orta qiymətdən $1,45/barel və ya 2,7% azdır. Trend xəbər verir ki, 15-19 yanvar həftəsində AZERİ LT neftinin maksimal qiyməti $53,19/barell, minimal qiyməti isə $51,82/barellə təşkil edib.

15-19 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı neftin URAL (EX-NOVO) növünün orta qiyməti $44,96/barel təşkil edib, bu isə ötən həftəki orta qiymətdən $1,87/barel və ya 4% azdır. 15-19 yanvar həftəsində URAL neftinin maksimal qiyməti $45,96/barell, minimal qiyməti isə - $44,16/barel təşkil edib.

15-19 yanvar həftəsində Brent (DTD) etalon növünün orta qiyməti $51,43/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $0,57/barel və ya 1,1% azdır. Ötən həftə Brent neftinin maksimal qiyməti $52,42/barel, minimal qiyməti isə - $50,68/barel təşkil edib.

Azeri Light növünün sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir. URAL növünün sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir, lakin satış zamanı neftin bu növünün xüsusiyyətləri onun tərkibində az və ya çox keyfiyyətli neftlərin üstünlük təşkil etməsindən asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD növünün sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti